2 İl Zəmanət

Soyuducu qida və digər tez xarab olan məhsulların ətraf mühit temperaturundan aşağı temperaturda soyutma, dondurulma formasında saxlanmasını təmin edən cihazdır. Həmçinin sənaye və ictimai iaşədə də soyuduculardan geniş istifadə olunur. Məişətdə istifadə etdiyimiz soyuducular iki tipə qida məhsullarını saxlamaq üçün orta temperaturlu soyuduculara və aşağı temperaturlu donduruculara bölünürlər. Soyuducular aldığı soyuğun həcminə görə üç növdə quruplaşdırılır. Bunlara kompressorlu soyuducu və dondurucular, sorucu və termoelektrik soyuducular aid edilir. Eyni zamanda istehlakçı aldığı soyuducunun keyfiyyətini, ölçüsünü, çəkisini və qiymətini ,onun düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıçı isə istehlakçınun bu tələblərini yerinə yetirməyə borcludur. Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılır. Zəmanət müddəti malın pasportunda və ya mala əlavə olunan digər sənəddə göstərilməlidir. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə istehlakçı, müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Hər bir istehlakçı soyuducu alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır.

Soyuducudan istifadə qaydası

1. Soyuducu alarkən onların üzərində görünən elektrik etiketinə diqqət edilməlidir.
2. Soyuducuya isti yemek və icəcək qoymamalı.
3. Soyuducuya qoyulan yiyəcəklərin qapaqlı qablarda olmasına diqqət edin.
4. Soyuducuların isti havada icərisi cox doldurulmamalı.
5. Soyuducunun qapısı uzun müddət acıq qalmamalı.
6. Soyuducu gün süası düşən yerə və qaz pecinin yanına qoyulmamalı.