Bakı Çinar Soyuducuları ASC

Təməli 1959-cu ildən qoyulmuş Bakı Soyuducular zavodu keçmiş SSRİ-nin respublikalarına və dünyanın bir çox dövlətlərinə soyuducu istehsal edib ixrac etmişdir. Zavod 1970-1980-ci illərdə istehsalı pik həddinə çatdıraraq ildə 300000 ədəd soyuducu istehsal etmiş və 3500 nəfərə yaxın vətəndaşı işlə təmin etmişdir.

İnkişaf

Lakin respublikada 1990-cı ildə baş verən məlum hadisələrdən sonra istehsalın tam dayanması və iş yerlərinin bağlanmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının xilaskarı Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra dövlət əhəmiyyətli soyuducular zavodunu da nəzarətindən buraxmamış, beləki onun xüsusi qayğısı nəticəsində zavodun bazasında “Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyəti yaradılıb investisiya qoyulduqdan sonra istehsal qismən bərpa olunmuş və istehsal həcmi ildən-ilə artmışdır

Sabitlik

Hazırda, Respublikada məişət, eczaci və vitrin soyuducularına böyük rəqabət olmasına baxmayaraq bizim zavod xammal və materialı xarici ölkələrdən (Rusiya, Ukrayna, Belorusiya, İran, Türkiyə və Çin) almaqla münasib qiymət hesabına rəqabətə davam gətirir.